Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:47

100 informasiya qəhrəmanından 3-ü azərbaycanlıdır


Putin KQB zabiti olaraq qalır. Görəsən Zbigniew Brzezinski indi nə edərdi? - Bu və digər mövzular Qərb mətbuatının icmalında

SÖZ AZADLIĞI VƏ AZƏRBAYCAN

Sərhədsiz Reportyorlar təşkilatı ilk dəfə olaraq “100 informasiya qəhrəmanı” siyahısını dərc edib.

Bu siyahıda 3 azərbaycanlı jurnalist var: Qənimət Zahid, Xədicə İsmayılova və Məlahət Nəsibova.

Siyahı mayın 3-ü Dünya Media azadlığı günü ilə bağlı hazırlanıb.

Siyahıda 25 yaşdan 75 yaşa kimi 65 ölkədən jurnalist var.

Siyahıda olanlardan vyetnamlı jurnalist Le Ngoc Thanh katolik keşişdir. Meksikalı Anabel Fernandezin siyasətçilərlə cinatəkar aləmin əlaqələri haqda kitabı bestsellerdir.

PUTİN VƏ İNTERNET

Moscow Times yazır ki, Putin əvvəllər İnternetə biganə idi, indi birdən-birə öz münasibətini bildirib.

Getdikcə aydın olur ki, əsas məsələlərdə Putin KGB zabiti olaraq qalır.
O əvvəlcə internet haqda deyib ki, “bu, CİA (Mərkəzi Kəşfiyyat İdarəsinin) layihəsi kimi yaranıb”. Sonradan internet açıq bazara çıxsa da , “bu, ilkin olaraq hərbi proqram idi, xüsusi proqram idi, xüsusi xidmətlər hələ də məsələlərin mərkəzindədirlər”.

Putin burda dayanmayıb. O, Rusiyada internet biznesinə hücuma keçib. Dünyada çox az ölkə var ki, Google kimi axtarış sistemi yarada bilib.

Bunlardan biri Rusiyadır. Rusiya Yandex sayəsində Google ilə rəqabət apara bilir. Putin deyib ki, Yandex başlananda “biz məcbur olub, bir sıra amerikalıları və avropalıları idarəçiliyə daxil etdik”. Rusiya prezidenti deyir ki, şirkət qərblilərin nəzarətinə düşüb.


Putinin aprelin 24-də Peterburqda Media Forumda dediyi bu sözlərdən sonra birjalarda Yandexin səhmləri qiymətdən kəskin düşdü.

Mail.ru, Yandex və Qiwi kimi Rusiya texnologiya nəhəngləri 1 milyard dollar itirdi.

UKRYANA - ABROPA İLƏ RUSİYA ARASINDA QALAN ÖLKƏ

Wall Street Journal soruşur ki, görəsən Zbigniew Brzezinski (Bzejinski) indi nə edərdi?

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Brzezinski deyir ki, Qərb Ukraynanı silahlandırmalıdır və Putin Rusiyasına qarşı çıxmalıdır.

Onun dediklərinin əsas məqamları.
Zbigniew Brzezinski
Zbigniew Brzezinski

“Ukraynada oyunda əsas mükafat təhlükəsiz və açıq Avropadır.”

“Qərbin yanaşması iki cür olmalıdır. Birincisi, Qərb baxmalıdır ki, Rusiya ilə anlaşmaya gəlmək mümkündürmü, ikincisi, əgər mümkün deyilsə, Putinə aydın bildirmək ki, bunun ciddi nəticələri olacaq”.

“Ukrayna Avropaya yaxın olmaq məqsədində azaddır”. Ancaq “Ukrayna NATO-nun üzvü və Avropa Birliyinin üzvü ola bilməz”.

“Eyni vaxtda Ukrayna Putinin Avrasiya Birliyinin də üzvü ola bilməz”.

Ukrayna təxminən Finlyandiya statusunda ola bilər. Finlyandiya heç kimə qoşulmamağın ləzzətini yaşayır.

“Finlyandiya kimi Ukrayna da Rusiya ilə normal ticarət əlaqələri qura bilər və eyni vaxtda müasir Avropa demokratiyası ola bilər”.

“Ola bilər indiki vaxtda Krım məsələsini qırağa qoymaq lazımdır. Ancaq uzun müddəti götürəndə Ukraynaya kömək etmək lazımdır ki, Krım üzərində ümumi idarəçiliyə və ya sahibliyə oxşar razılaşma əldə edə bilsin”.

Sanksiyaların təsirsizliyi ilə Brzezinski razılaşmır. “Putinin dostları üçün bunlar həqiqətən ağrılıdır”.

“Rusiya iqtisadiyyatı sanksiyaların genişlənməsi gücündə deyil. Məncə, Rusiya cəmiyyətində adamlar var ki, riski başa düşür. Bu, Putin üçün faciə olacaq”.

GÜCLÜ HÖKUMƏT BAŞÇISI ZƏİF ÖLKƏ DEMƏKDİR?

Aprelin 30-da İraqda parlament seçkiləridir. Foreign Policy yazır ki, İraq kartlardan düzəlmiş evciyə bənzəyir. Son 4 il ölkə üçün dağıdıcı olsa da bir çoxları baş nazir Nouri al-Malikiyə hələ də inanır. Onlar fikirləşirlər ki, ölkəni idarə edə biləcək yeganə siyasətçi odur.
Bağdadda qadınlar səs verəndən sonra, 30 aprel
Bağdadda qadınlar səs verəndən sonra, 30 aprel


Maliki əgər təkdirsə, bu yalnız ona görə belə olub ki, Maliki öz siyasi rəqiblərini neytrallaşdırıb.

Özü də bu, onun ölkənin dövlət institutlarını zəifləmətməsi hesabına başa gəlib. Baş nazir təhlükəsizlik qüvvələrini öz nəzarətinə götürüb, hərbi və polis sahəsində qərarvermə onun monopoliyasındadır.

Foreign Policy yazır ki, İraqda yeni dövlət quruculuğuna təhlükə elə “güclü şəxsiyyət” Malikidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG