Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:46

Əbülfəs Qarayev: “Kitabxanaçı oturub gözləməməlidir ki, kimsə gəlib kitab oxuyacaq”


arxiv foto
arxiv foto
-
“Əfsuslar olsun ki, yerlərdə kitabxanaların vəziyyəti heç də istədiyimiz səviyyədə deyil”

Bu sözləri aprelin 29-da M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ölkə kitabxanaçılarının ümumrespublika müşavirəsində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dilə gətirib.

Nazir “Azərbaycan gerçəkliyi və kitabxanalar: yekunlar-gələcəyə baxış” mövzusunda məruzə ilə çıxış edib, kitabxanalarla bağlı Dövlət Proqramının icrası zamanı əldə edilmiş nəticələrdən, kitabxana sisteminin günün tələbləri səviyyəsində qurulması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb.

NÖVBƏTİ-UZUNMÜDDƏTLİ PROQRAMA EHTİYAC VAR

Onun sözlərinə görə, ölkə prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” kitabxana işini tamamilə yeni səviyyəyə qaldırmağa imkan yaradıb: “Proqram 2013-cü ildə başa çatdı. Kitabxanaların qarşısında qoyulan müasir tələblər belə bir ümumi nəticəyə gəlməyə əsas verir ki, bu sahəyə dair növbəti uzunmüddətli proqramın hazırlanmasına ehtiyac vardır”.

Nazir kitabxana şəbəkəsinin bu gün Azərbaycanın hər rayonunda, kəndində mövcud olduğunu vurğulayıb: “Azərbaycan dövlətinin məqsədi bu şəbəkənin insanların tələbatına cavab verən formatda fəaliyyətinin təmin olunmasıdır”.

KİTABXANALAR VARLIĞINI İTİRƏ BİLƏR

Kitabxanaları daha səmərəli fəaliyyət göstərməyə çağıran Əbülfəs Qarayev bir narahatçılığını dilə gətirib: “Yerlərdəki insanlar öz işlərini normal qura bilməsələr, kitabxanalar da getdikcə öz labüdlüyünü itirəcəkdir. Azərbaycanda kitabxanalar şəbəkəsi təkmilləşdirilməlidir. Kitabxanalar öz şəbəkələri hesabına bir-biriləri ilə əlaqələr qurmalıdır”.

Nazir vurğulayıb ki, bu gün kitabxanalar yeni formatda fəaliyyət göstərməli və insanların tələbatlarına cavab verməlidir: “Yalnız bu halda onlar oxucu auditoriyalarını genişləndirə bilərlər”.

BRİTANİYA TƏCRÜBƏSİ NƏ DEYİR?

Əbülfəs Qarayev bir neçə il əvvəl Böyük Britaniyada Mançester Kitabxana şəbəkəsinin rəhbəri ilə görüşündən də danışıb: “O məlumat verdi ki, Böyük Britaniyada kitabxanalar daha çox xüsusiləşdirilmiş proqramlar əsasında çalışırlar. Biz də yerlərdə insanların tələbatına cavab vermək üçün kitabxana şəbəkəsini yaratmağa başlamışıq”.

KİTABXANALAR ŞAGİRDLƏRİN, TƏLƏBƏLƏRİN…YANINA” GETMƏLİDİR

Nazir onun bir qolunun da kitabxana-turizm informasiya mərkəzi olduğunu bildirib: “Turizmin inkişaf etdiyi rayonda bu sahə ilə bağlı ədəbiyyatlar da olmalıdır. Bir sözlə, kitabxanaçı oturub gözləməməlidir ki, kimsə gəlib kitab oxuyacaq. Kitabxanalar özləri şagirdlərin, tələbələrin, mütəxəssislərin və s. “yanına” getməlidir. Hesab edirəm ki, bu müşavirədə müzakirə olunacaq yeni təcrübə və yanaşmalar kitabxanaların iş üslublarının təkmilləşdirilməsinə təkan verəcəkdir”.

Ümumrespublika müşavirəsində “Kənd Kitabxana-İnformasiya Mərkəzi” pilot layihəsinin və Milli Kitabxanada tətbiq olunan “ALİSA” proqramının təqdimatı da olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG