Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:14
-
Aprelin 29-da Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycanda Moldova Mədəniyyəti Günlərinin açılış mərasimi olub.

Dördüncü dəfə keçirilən Moldova Mədəniyyəti Günlərini Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev və Moldovanın Mədəniyyət naziri Monika Babuk açıb.

Monika Babuk mədəniyyət günlərinin təşkilində göstərilmiş dəstəyə görə dərin təşəkkürünü bildirib və qeyd edib ki, Moldova beynəlxalq arenada həmişə Azərbaycanın dəstəyini hiss edir.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, mədəniyyət günlərinin proqramı maraqlı olacaq.

Bu proqrama əsasən, Shtefenes qardaşlarının və baletmeyster Yuri Bivolun rəhbərliyi ilə “Fluyeraş” xalq musiqi və rəqs ansamblının konserti nəzərdə tutulub.

Mədəniyyət günləri çərçivəsində əməkdar incəsənət xadimi, indiyədək Moldovada və xaricdə 38 fərdi sərgisi keçirilmiş Mixay Potırnikenin fotoşəkillər sərgisi açılacaq.

Moldova Mədəniyyəti Günləri çərçivəsində Anatol Shtefenesin başçılıq etdiyi “Trigon” qrupunun konserti olacaq. Konsertdə tanınmış ifaçı Vali Boqyanu iştirak edəcək.

“Fluyeraş” xalq musiqi və rəqs ansamblı Sumqayıtda da çıxış edəcək.

Azərbaycanda Moldova Mədəniyyəti Günləri mayın 1-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG