Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:21

BVF Ukraynaya 14-18 milyard dollar kredit ayıracaq


Beynəlxalq Valyuta Fondu (BVF) aprelin 30-da keçirəcəyi iclasında Ukraynaya iki il müddətində 14-18 milyard dollar kredit ayrılması məsələsinə baxacaq.

BVF-nin xarici əlaqələr departamentinin rəhbəri Jerry Rice deyib ki, Ukraynadan bütün lazımı sənədləri aldıqlarından Fond aprelin 30-da qərar qəbul edəcək.

Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Pavel Sheremet BVF-dan alınacaq ilkin kredit tranşının 3 milyard dollar olacağını deyib.

Nazirin sözlərinə görə, Ukrayna 2 il ərzində Beynəlxalq Valyuta Fondundan 16.8 milyard dollar kredit almağı planlaşdırır.

BVF ilə iki illik əməkdaşlığı Ukraynanın ABŞ, Avropa İttifaqı və Yaponiyadan 27 milyard həcmində maliyyə yardımı almasına imkan verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG