Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:54

BMT Ukraynada saxlanmış beynəlxalq müşahidəçiləri buraxmağa çağırır


-
Birləşmiş Ştatlar Ukraynanın şərqində beynəlxalq müşahidəçilərin girov götürülməsini yenidən pisləyib və onların azadlığa buraxılmasına çağırıb.

BMT-nin siyasi məsələlər üzrə katibi Jeffrey Feltman aprelin 29-da BMT-nin Təhlükəsizlik Şurasında Ukraynaya dair müzakirədə danışıb. O, ATƏT-in Slovyansk şəhərində saxlanmış yeddi üzvünün “dərhal, şərtsiz və heç bir xətər toxunmadan” buraxılmasına çağırıb.

Feltman deyib ki, BMT duruma təsir edə biləcək bütün qüvvələri dərhal onun həllinə yardım etməyə çağırır.

Rusiyayönlü separatçılar aprelin 25-də saxlanmış müşahidəçilərin “NATO casusları” olduğunu bildirib. 8 əsirdən biri tibbi səbəblərdən buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG