Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:20

İraqda parlament seçkiləridir


-
Aprelin 30-da İraqda parlament seçkiləri keçirilir. 277 siyasi blokdan 9 min namizəd mübarizə aparır. 20 milyondan çox iraqlı 328 yerlik parlament seçkilərində səs verir. Bu, 2011-ci ildə ABŞ qüvvələri geri çəkiləndən sonra ilk parlament seçkisidir.

Baş nazir Nuri al-Malikinin Hüquqi Dövlət alyansının yerlərin çoxunu qazanacağı gözlənir. Bununla da Maliki üçüncü dəfə dörd illiyə baş nazir seçilə bilər.

İraqın qərbi Anbar vilayətində yaraqlılarla mübarizə gedir, zorakılıqlar baş verir. Anbarın ancaq 70 faizində seçki keçirilir. Buradan 420 min adam didərgin düşüb.
XS
SM
MD
LG