Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:46

Azərbaycanda cəza çəkən daha 14 iranlı məhbus İrana təhvil verilib


-
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin konsulu Seyid Mohsun Molayi açıqlama verib.

Onun sözlərinə görə, proses aprelin 29-da İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqaviləyə əsasən həyata keçirilib: “Bu mübadilə son aylarda iki ölkə arasında yaradılmış müsbət əlaqələrin təzahürü və İranın Azərbaycandakı səfirliyinin səylərinin nəticəsidir. Azərbaycan hökuməti də bu məsələdə İranla yaxşı əməkdaşlıq edir. Ötən bir ay ərzində Azərbaycan 34 iranlı məhbusu İrana təhvil verib. Növbəti aylarda Azərbaycan həbsxanalarında cəza çəkən daha 35 iranlı məhbusun İrana təhvil verilməsi müvafiq qurumlarla razılaşdırılıb”.

M.Molayi deyib ki, Azərbaycan hökumətinin İrana təhvil verdiyi 14 iranlı məhbus arasında 3 qadın da var: “Bu məhbuslar narkotik maddələrin alqı-satqısı və ya daşınması ittihamı ilə həbs edilərək azadlıqdan məhrum olunublar. Bundan sonra onlar həbs cəzalarının qalan hissəsini İran həbsxanalarında çəkəcəklər”.
XS
SM
MD
LG