Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:36

İranın müxalifət lideri Mir Hossein Musavi xəstəxanaya düşüb


İranın müxalifət lideri Mir Hossein Musavi ürəyində problemə görə xəstəxanaya yerləşdirilib.

Musavi 2011-ci ildən ev dustağıdır.

Bundan əvvəl də onun ürəyində problemlər barədə məlumatlar var idi. O keçən il də xəstəxanaya düşmüşdü.

Musavi və digər müxalifət lideri Mehdi Karrubi 2009-u ildə prezident seçkilərindən sonra kütləvi etirazların və iğtişaşların təşkilində ittiham olunurlar. Karrubi də ev dustağıdır.
Musavi və Karrubi hakimiyyəti 2009-cu ilin prezident seçkilərini saxtalaşdırmaqda ittiham edirdilər.

Musavi əslən azərbaycanlıdır.
XS
SM
MD
LG