Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:20
ABŞ Dövlət Departamentinin rəsmisi Leyla Yunusla bağlı hadisələrdən xəbədar olduqlarını, baş verənləri narahatlıqla izlədiklərini deyir. ABŞ Dövlət Departamentinin demokratiya və insan haqları üzrə rəsmisi Tom Malinowski AzadlqiRadiosuna müsahibəsində bildirib ki, " Leyla Yunusun başına gələnləri həyəcanla izləyir və istər formal, istərsə də qeyri-formal ünsiyyətləri zamanı öz münasibətlərini Azərbaycan hökumətinin diqqətinə çatdıracaqlar."

Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı davamlı təzyiqlərlə bağlı suala cavab verən Malinowski bildirib:
"Bizim Azərbaycanla sıx əməkdaşlıq əlaqələrimiz var və bu münasibətlərin daha da yaxınlaşmasını istəyirik. Çünki hesab edirik ki, regionda sülhün və sabitliyin əsas şərtlərindən biri belə əməkdaşlıqdır.

Lakin biz Azərbaycan hökumətinin diqqətinə aydın şəkildə çatdırmışıq və baş verənlərdən sonra növbəti dəfə bunu təkrar edəcəyik ki, sabitliyi əldə etməyin yolu vətəndaş cəmiyyətinə, hökumət haqda tənqidi fikirlər ifadə edən dinc adamlara qarşı hücumlar deyil. Əksinə, bunlar cəmiyyətdə əmin-amanlığı daha da azaldır.”

Sülh və Demokratiya İnstitunun direktoru, tanınmış insan haqları müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus aprelin 28-də gecə Bakıda hava limanında saxlanıblar. Onlar bir neçə Qərb ölkəsinin Bakıdakı diplomatı ilə birlikdə beynəlxalq tədbirdə iştirak etmək üçün Brüsselə gedərkən saxlanıb, üstlərində, ofislərində və evlərində axtarış aparılıb.


Şərhləri göstər

XS
SM
MD
LG