Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

Leyla Yunus kimdir?


Leyla Yunus Almaniyada İnsan haqları mükafatının təqdim olunması mərasimində

Leyla Yunus Almaniyada İnsan haqları mükafatının təqdim olunması mərasimində

Leyla Yunus 1956-cı ildə Bakıda doğulub.

Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, antik ədəbiyyatı üzrə ixtisaslaşıb.

80-ci illərin sonunda Azərbaycanda başlayan demokratik hərəkatının fəal iştirakçısı olub. Azərbaycan Xalq cəhbəsi və Azərbaycan Sosial demokrat partiyasının yaradıcılarından biri sayılır.

1992-1993-cü illərdə – Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, Leyla Yunus Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib.

Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Leyla Yunus 1994-cü ildən bütün fəaliyyətini əsasən bu sahəyə yönəldərək siyasi məhbusların problemi ilə məşğildur.

İnsan hüquqları və demokratik azadlıqlar sahəsində fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb, Fransanın “Şərəf Legionu Kavaleri” ordeniylə təltif edilib.

Hazırda Leyla Yunus Sülh və Demokratiya İnstitutuna rəhbərlik edir. Bu qeyri-hökumət təşkilatı çoxyönlü problemlərlə, daha çox demokratik azadlıqlar, insan hüquqları, sülh quruculuğu sahəsində araşdırmalarla məşğuldur.

Onun həyat yoldaşı Arif Yunus da tarixçidir. Bir qızları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG