Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:11

Leyla Yunusun üzərində axtarış aparılıb, Rauf Mirqədirovla bağlı suallar verilib


-
Hüquq müdafiəçisi Leyla Yunus ifadə verdiyi Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsindən çıxıb. O, AzadlıqRadiosunun müxbirinə bildirib ki, idarədə onun üzərində axtarış aparılıb:

“Demək olar ki, sorğu-sual etmədilər. Rauf Mirqədirovla dostluğum barədə soruşdular. Bir də üzərimdə axtarış edirdilər, paltarlarımı axtarırdılar. Qalan vaxtı məni orada boş-boşuna saxlamışdılar. İndi ofisə gedirəm. Gəlib orda da axtarışları davam etdirəcəklər. Həyat yoldaşım mikro-infarkt keçirib deyə mənim də vəziyyətim pis olub. İndi geniş danışa bilmirəm”.

Ötən gecə ölkədən çıxmasına icazə verilməyən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus aprelin 29-u səhər tezdən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilirdi.
XS
SM
MD
LG