Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

Hüquq müdafiəçiləri Leyla Yunusala bağlı prezidentə müraciət hazırlayır


-
Azərbaycandakı bəzi hüquq müdafiəçiləri Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa qarşı təzyiqlərlə bağlı İlham Əliyevə müraciət hazırlayırlar. Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisi Arzu Abdullayeva məlumat verib. Onun sözlərinə görə, yaxın saatlarda müraciət ünvanına göndəriləcək:

“Leyla Yunusun saxlanılması Azərbaycan üçün mənfi bir haldır, rüsvayçılıqdır. Buna bütün cəmiyyət olaraq etiraz etməliyik. Bizim reaksiyalarımız gecədən bəri var. Biz öz çıxışlarımızla əlimizdən gələni edirik. İndi isə, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Əvəz Həsənov və digərləri ilə birlikdə prezidentə və müvafiq hakimiyyət qurumlarına müraciət məktubu hazırlayırıq. Biz həm Rauf Mirqədirovun həbsinə, həm də Leyla Yunusa olan təzyiqlərə etiraz edirik. Bundan əlavə, Leyla xanımı müşahidə edən vəkil içəridən çıxsın, birlikdə mətbuat konfransı keçirəcəyik”.

Arzu Abdullayeva bildirir ki, Avropa Şurasına sədrlik ərəfəsində bu cür addımların atılması Azərbaycanın imicinə mənfi təsir göstərir:

“Hansısa əlamətdar hadisə ərəfəsində daim Azərbaycanda bu cür hadisələr baş verir. Hazırda Azərbaycanın Avropa Şurasına sədrliyi gözlənilir. Buna görə Azərbaycana böyük diqqət var. Hər kəs Azərbaycandan müsbət addımlar gözləyir. Bu ərəfədə nə vacib idi ki, kimisə tutsunlar? Dünyaya nümayiş etdirmək istəyirlər ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşməyə doğru gedir? Bu hadisə həm də Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mənfi təsir göstərəcək” .

Günün bütün mövzuları

XS
SM
MD
LG