Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:56
«Mənim heç bir şübhəm yoxdur ki, Leyla Yunusu qisas məqsədi ilə incidirlər. Ona qarşı olan bu repressiyanın, bu mənəviyyatsız hərəkətlərin əsas motivi ondan qisas almaqdır. Çünki Leyla xanım həm prinsipial hüquq müdafiəçisi kimi bütün siyasi məhbusları cəsarətlə müdafiə edib, həm də mülkiyyəti əlindən alınmış insanların hüquqlarını qoruyub».

Bunu AzadlıqRadiosuna AXCP sədri Əli Kərimli Leyla Yunusun istintaqa cəlb olunmasını şərh edərkən bildirib.

Əli Kərimli deyir ki, hökumət həm də bununla hüquq müdafiə işini sarsıtmaq, Milli Şuraya zərbə vurmaq istəyir:

«Çünki Leyla Yunus Milli Şuranın da rəhbərlərindən biri, Koordinasiya Mərkəzinin üzvüdür. Son vaxtlar bizim iclaslar onun ofisində keçirilirdi. Burda bütövlükdə demokratik düşərgəyə zərbə vurmaq, cəmiyyətdə qorxunu artırmaq məqsədləri də var. Ona qarşı irəli sürüləcək ittihamların da hamısı yəqin ki, qondarma olacaq. Leyla xanım şəffaf fəaliyyət göstərib. Hökumət özünün ən prinsipial opponentlərindən birinə qarşı ənənəvi repressiyanı tətbiq edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG