Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:14

İran hakerləri ABŞ-a təhlükəyə çevrilir


Sepah Pasdaran, kibermüharibənin inqilabi qvardiyası

Sepah Pasdaran, kibermüharibənin inqilabi qvardiyası

-
Avropalılar Ukraynada sabitlik istəyir. ancaq dəstək üçün vuruşmaq istəmirlər. İran hakerləri qara bazardan aldıqları adi vasitələrdən istifadə edir. Pakistanlı qatil homoseksualları niyə öldürürdü? - -Mətbuat icmalı

Hürriyyət
qəzetində Mehmet Yilmaz yazır ki, “diktator diktatora yardım edir”. Rauf Mirqədirovu, hətta vəkillə görüşməyə belə imkan vermədən, Türkiyədən çıxarıblar. Müəllif yazır ki, belə görünür, Azərbaycan və Türkiyə rəsmiləri əvvəlcədən danlışıblar, Rauf Mirqədirovun həbsə atılacağını bilərək Türkiyə onu qəsdən Azərbaycana verib. Mehmet Yılmaz yazır ki, “Əliyev və Erdogan eyni dildə danışır. Asan anlaşma olmalıdır. “

***

Daily Telegraf 11 Avropa ölkəsində sorğunun nəticələrini açıqlayıb. Rəyi soruşulanların 55 faizi deyib ki, Ukraynada sabitliyi saxlamaq üçün onların ölkəsi əlindən gələni etməlidir. Belə cavab verənlər ən çox İsveçdədir – 69 faiz.

Rəyi soruşulanların 30 faizi isə cavab verib ki, “onların ölkəsi qarışmamalıdır, qoy, başqaları bu problemi həll etsin”. Rekord Macarıstandadır – 49 faiz.

Rəyi soruşulnların 44 faizi Rusiyaya qarşı sanskiyaları dəstəkləyir. 43 faiz hesab edir ki, sanskiyalar şəxsən Putinə və Rusiya liderlərinə qarşı olmalıdır. Donetskdə rusiyapərəstlərlə Meydan tərəfdarlarının toqquşması, 28 aprel 2014-cü il

Donetskdə rusiyapərəstlərlə Meydan tərəfdarlarının toqquşması, 28 aprel 2014-cü il


Ancaq hərbi əməliyyata tərəfdar azdır. Ukraynanı qorumaq üçün “qarışıq hərbi əməliyyata, Rusiyanın irəliləməməsi üçün sizin ölkənin Ukrayna daxilində bufer rolunu oynamasına razısınızmı?”- sualına cəmi 36 faiz “hə” deyib.

Buna ən çox tərəfdar Polşadadır – 38 faiz. Sonrakı yerlərdə İrlandiya – 34 faiz, İsveç – 30 faiz, Almaniya – 26 faiz, Fransa -25 faiz və başqaları gəlir.

Rəyi soruşulanların 24 faizi isə “Krımı Rusiyanın tərkib hissəsi hesab edir.

***

Christian Sciense Monitor yazır ki, yeni hesabata görə, İran hakerləri ABŞ-a kiber təhlükəyə çevrilirlər. İran hakerlərinin hücumları ABŞ-ın neft şirkətlərinə, hökumət qurumlarına yönəlib.

ABŞ-a ən ciddi kiber təhlükə Rusiya və Çindən gəlir. Ancaq İran sürətlə bu sahədə Rusiyaya və Çinə yaxınlaşır.

Hesabatı hazırlayan Mandiant şirkəti ABŞ şirkətlərinə və hökumət agentliklərinə son illərin hücumlarını araşdırıb. Məlum olub ki, məsələn, ABŞ-ın hökumət agentliyinin sisteminə girən İran hakerləri inzibati giriş yaradıblar və agentliyinin kompüter sisteminin 25 faizini sıradan çıxarıbılar.

Ən yeni texnoloji nailiyyətlərdən istifadə Rusiya və Çin hakerlərindən fərqli olaraq İran hakerləri qara bazarda satılan vasitələrlə keçinirlər. İran kiber ordusu adlı haker qrupu

İran kiber ordusu adlı haker qrupu



Beynəlxalq Strateji Araşdırmalar Mərkəzindən James Lewis deyir ki, Iranda “qruplar var ki, işləri yalnız hakerlikdir”.

Qəzet yazır ki, İranla nüvə danışıqları nəticəsiz olsa, haker hücumları güclənəcək.

***
Washington Post yazır ki, Ukrayna böhranında Rusiyanın roluna Barack Obamanın zəif cavabları Putini az qorxudur.

***
New York Times yazır ki, Rusiyaya aldanan Qərb intellektualları çoxdan var. Filosof Volter Rusiya hökmdarı Yekaterina ilə dostluq edirdi və deyirdi ki, paytaxt soyuq Sankt Peterburqda yox, Kiyevdə olsaydı, Rusiyaya köçərdi.

Rusiyaya inanan belə sadəlövh ziyalılar Avropada çox olub. Qəzet yazır ki, deyilənə görə, Lenin bir dəfə belələrinə “faydalı axmaqlar” deyib.

Qəzet hesab edir ki, ABŞ-da və Qərbi Avropada bu gün də belə “faydalı axmaqlar” var. Onlar əllərindən gələni edirlər ki, Putinin təhlükəli aqressiyasını heç nə olmamış kimi qələmə versinlər.

Ancaq bunu yəqin ki, havayı etməyənlər də var. Almaniyanın keçmiş kansleri Schroder öz ölkəsinin hökumətini inandırmağa çalışır ki, Rusiyanın Krımı işğal etməsinə qarşı çıxmasın.

Qəzet yazır ki, Schroder Qazpromun idarə heyətinin üzvüdür və illik maaşı 250 min avrodur.

***
Times yazır ki, Pakistanda tutulan Muhammed Ejaz adlı gənc 3 homoseksualı öldürdüyünü etiraf edib. O deyib ki, bunu hoomoseksuallara dərs vermək üçün edib. Muhammed Ejaz həbsdə

Muhammed Ejaz həbsdə



2 uşağı olan 28 yaşlı Muhammed Ejaz deyib ki, o, adam öldürməyə pis baxır və bunu başa düşür, ancaq cəmiyyətdəki mənfiliyi dayandırmaq üçün bu yolu seçib.

O deyib :”Bəlkə də mən səhvəm. Öldürülənlərin ailələri faciə yaşayır. Ancaq onlar cəmiyyətdə iblisliyi yayırdı. Mən bunu dayandırmalıydım”.

Eyaz öldürdüyü adamlarla sosial şəbəkədə tanış olub.

Times yazır ki, Ejaz uşaq olarkən zorlandığını da bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG