Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:04

Rusiya əmin edir ki, Ukraynaya müdaxilə etməyəcək


Rusiyanın müdafiə naziri Sergei Shoigu

Rusiyanın müdafiə naziri Sergei Shoigu

ABŞ-ın müdafiə naziri Chuck Hagel ilə telefon danışığında Rusiyanın müdafiə naziri Sergei Shoigu əmin edib ki, Rusiya ordusu Ukraynaya müdaxilə etməyəcək.

Bu haqda Pentaqonun təmsilçisi John Kirby xəbər verir. Onun sözlərinə görə, Ukrayna böhranının müzakirəsinə həsr olunmus söhbətdə Hagel Rusiyanın mövqeyinə aydınlıq gətirməyə çalışıb, bildrirb ki, «Ukraynada stabilliyinə qarşı yənələn aqressiv hərəkətlər Rusiyanın daha artıq təcridinə gətirəcək, ona qarşı diplomatik və iqtisadi təzyiqləri artıracaq».

Xəbərdə bildirlir ki, Hagel Rusiyadan xahiş edib ki, Ukraynanın şərqində girov saxlanan ATƏT müşahidəçilərinin azad olunmasına kömək etsin.

Shoigu isə deyib ki, Ukrayna sərhəddində təlim keçən hərbi hissələr artıq geri çağırılıb. Onun sözlərinə görə, Rusiya ordusu bu təlimləri Ukraynada mülki əhaliyə qarşı silah işlədilməsi təhlükəsi altında həyata keçirməyə məcbur edilmişdi.

"Ukrayna rəsmilərinin dinc əhaliyə qarşı qoşun tətbiq etməyəcəyi haqda bəyanatından sonra, Rusiya qoşunları öz hissələrinə qaytarılıb". – Deyən Shoigu ABŞ-dan xahiş edib ki, mövzu ilə bağlı söz mübahisəsinə son qoysun.

Bazar ertəsi Rusiyanı vəziyyəti gərginləşdirməkdə ittiham edən ABŞ və Avropa Birliyi Putinin yaxın adamları və Rusiya şirkətlərinə qarşı növbəti sanksiyalar tətbiq ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG