Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:21

Bu gün Beynəlxalq Rəqs günüdür


-
Aprelin 29-u bütün dünyada Beynəlxalq Rəqs Günü (International Dance Day) kimi qeyd olunur.

Bu gün 1982-ci ildə UNESKO-nun qərarı ilə tarixə müasir baletin atası sayılan fransız baletmeystri, xoreoqrafiya sənətinin qurucusu və nəzəriyyəçisi Jean-Georges Noverre-in şərəfinə təsis olunub.

Aprelin 29-u Jean-Georges Noverre-in (1727—1810) doğum günüdür.

Bu günün qurucularının fikrincə, bayramın əsas ideyası bütün rəqs cərəyanlarını incəsənət bayrağı altında birləşdirməkdir.

Ən önəmlisi, rəqsin bütün siyasi, mədəni və etnik sərhədləri aşdığını, insanları dostluq və barış naminə birləşdirdiyini, onları eyni dildə - rəqsin dilində danışmağa səslədiyini vurğulamaqdır.

Ənənəyə görə, Beyəlxalq Rəqs günündə hər il dünya xoreoqrafiya sənətinin ən tanınmış simaları ictimaiyyətə müraciət edib rəqsin gözəlliyini xatırladır.

Müxtəlif illərdə Robert Joffrey (ABŞ), Мegи Маren (Франsa), Маyya Plisetskaya (Rusiya), (Maurice Bejart (Fransa), William Forsythe (ABŞ-Almaniya), Steven Page (Аvstraliya), Akram Khan (Böyük Britaniya), Hulio Bocca (Аrgentina) və b. ünlülər təntənəli nitqlə ictimaiyyətə üz tutublar.

Beləliklə, bu gün Beynəlxalq Rəqs günüdür.

Xanımlar və Cənablar! Rəqs edin!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG