Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:04

Kerry İsraillə bağlı «irqçi» sözünü geri götürdü


U.S. -- Secretary of State John Kerry delivers a statement on Ukraine from the State Department press briefing room in Washington, April 24, 2014

U.S. -- Secretary of State John Kerry delivers a statement on Ukraine from the State Department press briefing room in Washington, April 24, 2014


ABŞ Dövlət Katibi John Kerry deyir ki, İsrailə dair bu günlərdə verdiyi bəyanatda sözü səhv işlədib. O, İsrailin fələstinlilərlə sülh sazişinə nail olmasa, irqçi dövlətə çevrilə biləcəyini deyib. Aprelin 28-də verdiyi bəyanatda Kerry deyib ki, «lenti geri oxuda bilsəydim, fərqli söz seçərdim».

«İnanmıram, heç vaxt da deməmişəm ki, İsrail irqçi dövlətdir və ya belə bir niyyəti var», o, əlavə edib.

Aprelin 28-də ABŞ Konqresinin Respublikaçı Partiyasından olan üzvləri və İsrail-yönlü qruplar bəyan edib ki, Kerry «irqçi» sözünə görə üzr istəməlidir. Onun bu sözü aprelin 25-də Üçtərəfli Komissiyanın qapalı iclasında dediyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG