Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:03

Avigdor Liberman Bakıya gəlir


-
Aprelin 29-da İsrailin xarici işlər naziri Avigdor Libermanın Bakıya səfəri başlayır.

İsrail Xarici İşlər Nazirliyinin saytının məlumatına görə, Liberman prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, baş nazirin müavini Yaqub Eyyubov, müdafiə naziri Zakir Həsənov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin sədri Oqtay Əsədov və parlamentdə Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək.

Avigdor Liberman Bakı səfərində Azərbaycandakı yəhudi icmasının liderləri ilə də görüşəcək. Bakıda Dağ Yəhudilərinin sinaqoqundakı xüsusi iclasda iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG