Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Bir neçə rayona təbii qaz fasilələrlə veriləcək


-
Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qazpaylayıcı stansiyada baypas xəttinin quraşdırılması və daraldıcı qurğuların əvəzlənməsi ilə əlaqədar bu gün saat 17:00-dək Xaçmaz rayonunun bir hissəsinə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar isə saat 12:00-dək Şabran rayonuna, Bərdə, Bakının Xətai və Sabunçu rayonlarının bir hissəsinə, saat 13:00-dan 15:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək isə Ağdam rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
XS
SM
MD
LG