Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:01

Arif Yunus xəstəxananın reanimasiya şöbəsindədir, Leyla Yunus ifadə verir


-
Hüquq müdafiəçisi Leyla Yunus hazırda Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verir. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, ötən gecə prokurorluq əməkdaşları Leyla Yunusun evində axtarış aparmaq istəsələr də order təqdim etmədiklərindən hüquq müdafiəçisi evinin qapılarını açmayıb.

Aprelin 29-da səhər 7-də Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov da hüquq müdafiəçisinin evinə gələrək axtarış aparılmalı olduğunu bildirib. Ancaq Leyla Yunus evin qapılarını açmaqdan imtina edib.

Leyla Yunus dindirilmək üçün Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

Arif Yunus isə ötən gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir.
XS
SM
MD
LG