Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:47

Bu gün Günəş tutulması baş verəcək


-
Bu gün 2014-cü ilin ilk Günəş tutulması baş verəcək.

ANS PRESS-in xəbərinə görə, Günəş tutulması Bakı vaxtı ilə 8:54-də başlayacaq, 13:14-də başa çatacaq. Baş verəcək astronomik hadisə - qövsvari Günəş tutulması adlanacaq. Tutulma daha çox Antraktida qitəsində müşahidə olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov astronomik hadisə ilə bağlı bildirib ki, Günəş tutulması kimi təbiət hadisələri insan səhhətinə heç bir mənfi təsir etmir.

“Sadəcə olaraq, belə hadisələr baş verəndə psixoloji baxımdan zəif olan insanlar özlərini qorxudurlar. Əslində isə bu normal təbiət hadisəsidir, həmişə olub və olacaq. İnsanlar belə hadisələr baş verəndə özlərini gərgin vəziyyətdə saxlamalı deyillər”- deyə Xıdır Mikayılov sözlərinə əlavə edib.

Bu hadisə eyni zamanda Avstraliya, Hind okeanı, Antarktida və İndoneziyanın bəzi adalarında da müşahidə ediləcək. Lakin həmin tutulma Azərbaycanda görünməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG