Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:53
-

Bu şeir "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Əkbər Əlyar


Haralarda olacağam?!

Haralarda olacağam?!
Haram vardır hara gedəm?!..
Bilmirəmmi mən qəribəm?!..
Sənmi qərib?!..
Ya nə bilim, bizim üçün,
Dünya qərib?!..
Bir zamanlar mən də,
Nəm nəmənəni,
Nəm kimi,
Elə səni baaaaaaaa!
Çox axtarmışam,
Küçələri,
Bazarlari,
Yol üstlərin
Kəsib dayanmışam,
Hürüt-hürüt
Gəlib gedənlərə göz tikmişəm,
Hammını tapmışam..
Heç kəsi tapmamışam!..
Nəm kimsizliyim xalqı da bezdirib..
Hərə bir söz deyib..
Seyid xanım?!..
Qərə seyidin kitabı
Mənlə anamın adına öyrəncəkli olmuşdu..
Hər dönə istəyərdi ağzın açsın,
- Bilirəm bu pitiyi pişik tükü ilə,
Yandırıb... - deyərdim;
Yazıq pişiklər.. mənı görəndə,
Mırnovları ila bir-birinə xəbər edərdilər
Ki amandı həndəvərə dolanmayın,
Yenə filankəs qərə seyidgildən çıxıb gəlir..
... ancaq bərə bitirmədi.
Bir gün eşitdim şairlərin,
Sevgi bağları vardır,
Orda toplaşarlar,
Dolaşarlar,
Tapışarlar,
Öpüşərlər..
- Ora yol tapsaydım keşgə,
Bəlkə sən də orada oldun-dedim!
Nə isə, getdim çıxdım oraya
Qapı qulluqçusu,
Göz-başımdan, duydu sanki
İstəyimi,
Başını bulaya-bulaya,
- gəl get!- dedi..
Dəlixana kimi idi..
Ancaq ağıllı dünyadan min yaxşı idi...
Düzdür mənə elə səndeyən
Üz vermirdilər
Və vermirlər də
Amma üz-üzə gələndə,
Hərəsi bir atmaca atır!
Mənim də ki tutmacam var daaaa..
Tuturam tez!
Şəhriyar falıma baxır, deyir:
"Ürəyimdə bir itik var
Nə yamandı bu itiklər!"
- day neyləmək,
Tarının verdiklərinə çox şükür..
Qısmətdən qaçmaq olmaz..
Raziyam..- öz-özümə deyirəm,
Bəxtyar içimi oxuyur!
- yalan demə!- deyir,
"Bircə bundan raziyam ki
Özümdən naraziyam!"
Çoxlari çox söz deyir...
Birdən yadıma düşür
Mən axi
Gəlmişəm burda onu,
Yəni səni tapım,
Görüm,
Görüşüm,...
Elə bu vaxt içim qovrulur,
İstisiz, tüstüsüz
Alovlanıram,
Hüseyin Arif məni duyur, etgilənir,
Ürəkdən bir ah çəkərək:
- "Yaxşı ki həsrətin tüstüsü yoxdur,
Göz gözü görməzdi yer kürəsində!"- deyir.
.
.
Day ağzımın dadı da qaçıb
Acı talehlərdə sanki bir şirinlik tamsınıram,
Heç bilmirəm ölülər dünyasındayam,
Yoxsa dirilər dünyasında!
Yenə birdən özümə gəlirəm..
- Baba, qaçın gedin ölmağınızın dalınca- şairlərə
Çığırıram,
Amma məyər baxandılar?!.. gedəndilər?!..
O yanda biri - "cük-cük cük-cük cücələrim,
Gəlin sizə yemək verim,
Dən-su verim, çörək verim..."- oxuyur,
- gedim bir az onun yanında uşaqlaşım - deyirəm,
Tofiq Mütəllibovdur,
Mənı gördükdə cücələrı dağıdır!
Başqa bir mahnı zümzümə edir,
Elə bil istir bir dəfəlik rahatlaya məni:
"Nə bağdır, nə dənizdir..
Müqəddəsdir, əzizdir
Sevən ürəyimizdir,
Bizim görüş yerimiz"
.. bir az fikrə dalıb,
Istər-istəməz,
Buna razılaşıram;
Mənlik olsa,
Sən də buna razılaş,
Sən də bunu gör, inan,
Sən məndəsən mən səndə!..
Hərdən də,
Göz yaşınla axıdıb,
Dada bilərsən məni,
Elə mən də...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG