Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:25

Əli Cavadpurun 20-liyə düşməyən şeirləri


Əli Cavadpur
Əli Cavadpur
-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Əli Cavadpur


Aldandıq yaşadıq bəlkə!..

Dərddi, nədi..?
Bu tikə necə tikədi?!
Uddun, boğazindan keçmədi
Tüpürdün, yerə düşmədi!

Bu dərd
necə dərddi görən?!
yiyəsi sərxoşdu belə!
o ağac yuxuda nə görüb?
yarpaqların verir yelə!

Eşikdə hava sazaqdı, qışdı
Tüpürsən göydə donar,
Gündüz gördüyün quşun,
qanadı sınmışdı
onun gecəsi necə keçdi görən?
quş ürəyi necə dözdü
qışa, daşa?!

Eeeh..səsinə soyuq dəymiş dünya!
Səsində tətik çəkilmiş dünya!
Səndə dərdi dərdə salmağa ümüd var bəlkə də,
yaşamağa ümüd var bəlkə də.

yerin ürəyi göydə yanır.
yerlə göyün arası sazdı hələ,
bir-birinin başına dolanır.

belə getsə bilmək olmaz –
bu gecə də səhər oldu bəlkə
yenə də yuxudan durduq,
yenə də gözümüzü sildik,
yenə də aldandıq,
yaşadıq bəlkə!...


Məhkəmə otağında olay

Məhkəmə otağı:
Hakim hər şey hökmündən asılıymış kimi;
əyləşmişdir istolunda qaş-qabaqlı.
qabağında masa
masanin üstündə iki kitab
kitabların üstündə toz
tozun üstündə barmaq izi.

Müqəddəs kitab yerinə
yasa kitabına əl basmışdır deyəsən,
and içməyə
və suçundan arınmağa
hazırlaşan savadsız kişi.

Bu,
kitab üstündəki barmaq izlərindən bəllidir
bir də
hakimin qəzəbli gözlərindən!..

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG