Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:33

ABŞ Rusiyanın 7 rəsmisini, 17 şirkətini sanksiya siyahlısına əlavə etdi


-
ABŞ prezidenti Barack Obama Rusiya hökumətinin 7 rəsmisinə və Putinə yaxın olan 17 şirkətə qarşı sanskiyaları elan edib.

Sanskiyalar hesabların dondurulmasını, viza qadağalarını, lisenziya verilməməsini nəzərdə tutur.

Ağ ev bildirir ki, yeni siyahıda 2 nəfər Putinin yaxın çevrəsinə daxildir. Hərçənd bunların konkret kim olmağı deyilmir. Ancaq müşahidəçilərin fikrincə, həmin 2 nəfərdən biri Rosneft şirkətinin prezidenti İgor Sechindir. Digəri hökumətdə texnoloji məsələlərə rəhbərlik edən Sergei Chemezovdur.

Chemezov Rusiyada çoxları tərəfindən Putinin yaxın adamı hesab olunur.
Yeni siyahıda baş nazirin müavini Dmitry Kozak da var. O, Krımın inkişafına cavabdehdir.
Sergei Chemezov
Sergei Chemezov

Associated Press yazır ki. 2003-cü ildə Mikhail Khodorkovskinin Yukos şirkətinin dağıdılmasının “memarı” Sechin olub. O, Putinlə 1990-cı illərdən bir yerdə işləyir.

Siyahlıda adı olan Chemezov dövlət holdinq şirkəti olan Rostex-in rəhbəridir. 1980-ci illərdə Putin Şərqi Almaniyada KQB agenti kimi işləyəndə Putin və Chemezov Şərqi Almaniyada bir binada yaşayırdı.

Sankiya siyahılsına salınan 17 şirkət Putinə yaxın olanların şirkətidir. Bunlar Gennady Timchenkonun, Boris və Arkadi Rotenberq qardaşlarının şirkətləridir.

Onların hər 3-nün adı ABŞ-ın mart ayında elan etdiyi sanskiyalar siyahısındadır.


Rusiyanın xarici işlər nazirinin müavini Sergei Ryabkov deyib ki, “Şübhəsiz, biz cavab verəcəyik.Heç kimin Rusiya ilə sanksiya dilində danışmağa haqqı yoxdur”.

Siyahıda Qazpromun adı yoxdur. Bəzi ABŞ konqresmenləri Obamadan xahiş edirdi ki, Qazpromu da siyahıya salsın.

Ağ Ev bildirir ki, ABŞ Rusiyanın siyasətində dərhal dəyişiklik olacağını gözləmir, ancaq ABŞ tədricən Rusiyaya nümayiş etdirmək istəyir ki, daha ağrılı iqtisadi sanksiyalar və siyasi təklənmə ola bilər və Rusiya indiki hərəkətlərini davam etdirdikcə, ödədiyi haqq da daha ağır olacaq.
XS
SM
MD
LG