Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:38

Müsavat Partiyası “Siyasi məhbuslara azadlıq!” şüarı ilə mitinqə hazırlaşır


Azerbaijan -- Opposition presidential candidate Jamil Hasanli holds Baku rally, 12Oct2013.
Azerbaijan -- Opposition presidential candidate Jamil Hasanli holds Baku rally, 12Oct2013.
Müsavat Partiyası mayın 4-də siyasi məhbuslara azadlıq tələbilə mitinq keçirmək qərarına gəlib. Partiyadan verilən məlumata görə aksiya ilə bağlı xəbərdarlıq məktubu tezliklə Bakı şəhər İcra Hakimiyyətinə göndəriləcək.

Partiya Bakıda Yasamal rayonundakı “Məhsul” stadionunda keçirəcəyi aksiyaya başqa siyasi və ictimai təşkilatların da qoşulacağını bildirir. Amma hansı təşkilatların qoşulacağı barədə məlumat verilmir.

İnsan haqları fəalları Azərbaycanda hazırda 100-dən çox siyasi məhbus olduğunu bildirirlər. Sülh və Demokratiya İnstitunun məlumatına görə hazırda 129 siyasi məhbus var, onlardan 40-ı vicdan məhbusudr.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması barədə deyilənləri rədd edir, bəzi ictimai fəalların başqa xarakterli cinayət əməllərinə görə tutulduğunu bildirir.
XS
SM
MD
LG