Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:10

Hollivud ulduzu Clooney insan haqları müdafiəçisi Alamuddinlə evlənir


George Clooney

George Clooney

-
Britaniyanın hüquq şirkəti aprelin 28-də təsdiqləyib ki, Hollivud ulduzu George Clooney və Britaniyanın insan haqları müdafiəçisi Amal Alamuddin nişanlanıblar.

Alamuddinin işlədiyi hüquq şirkəti onları təbrik etdiyini bildirib və "nişanın toyla başa çatmasını arzulayır."

Media məlumatlarına gpörə, 52 yaşlı Clooney və 36 yaşlı Alamuddin oktyabr ayından birlikdədirlər. Vəkil Alamuddin (solda) Yulia Timoshenkonun işi ilə bağlı mətbaut konfransında

Vəkil Alamuddin (solda) Yulia Timoshenkonun işi ilə bağlı mətbaut konfransında


2 dəfə Oscar mükafatı alan Clooney Sudanda Darfur regionunun qaçqınlarına yardımda da iştirak edib.

Alamuddin isə BMT-nin keçmiş Baş Katibi Kofi Annana Suriya üzrə müşavirlik edib, Ukraynanın keçmiş baş naziri Yulia Timoşenko həbsdə olanda onu Avropa İnsan haqları məhkəməsində təmsil edib.

WikiLeaksin rəhbəri Julian Assange deportasiya olunanda da prosesdə onu təmsil edən Amal Alamuddin olub.

Amal Alamuddin əslən Livandandır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG