Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:24

Hollivud ulduzu George Cloney insan haqları müdafiəçisi Amal Alamuddinlə nişanlanıb


George Clooney
George Clooney
Britaniyanın hüquq şirkəti aprelin 28-də təsdiqləyib ki, Hollivud ulduzu George Clooney və Britaniyanın insan haqları müdafiəçisi Amal Alamuddin nişanlanıblar.

Alamuddinin işlədiyi hüquq şirkəti onları təbrik etdiyini bildirib və nişanın toyla başa çatmasını arzulayır.

Media məlumatlarına gpörə, 52 yaşlı Cloney və 36 yaşlı Alamuddin oktyabr ayından birlikdədirlər.

2 dəfə Oscar mükafatı alan Cloney Sudanda Darfur regionunun qaçqınlarına yardımda da iştirak edib.

Alamuddin BMT-nin keçmiş Baş Katibi Kofi Annana Suriya üzrə müşavirlik edib, Ukraynanın keçmiş baş naziri Yulia Timoşenko həbsdə olanda onu Avropa İnsan haqları məhkəməsində təmsil edib. WikiLeaksin rəhbəri Julian Assange deportasiya olunanda da prosesdə onu təmsil edən Amal Alamuddin olub.
XS
SM
MD
LG