Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:43

Milli Şura Rauf Mirqədirovun həbsi ilə bağlı bəyanat yayıb


Rauf Mirqədirov

Rauf Mirqədirov

Rauf Mirqədirovu ehtimallar əsasında dövlətə xəyanət maddəsi ilə ittiham etmək, onu düşmənə işləməkdə suçlamaq hakimiyyətin daha geniş təmizləmə kampaniyasına başlamaq niyyətindən xəbər verir.

Milli Şuranın aprelin 28-də jurnalist Rauf Mirqədirovun həbsi ilə bağlı yaydığı bəyanatında belə deyilir.

«Bu həbsin ətrafında gedən söz-söhbətlər onun kimlərəsə çıxmaq zərurətindən irəli gəldiyini ortaya qoyur. Hədəf kimi tanınmış hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı, politoloq Arif Yunusun götürüldüyü göz qabağındadır. Dairə genişlənə də bilər. Anar Məmmədlinin həbsi ilə sonuncu müstəqil seçki monitorinqi təşkilatı sıradan çıxarıldı. Görünür, Leyla Yunusu hədəfə almaqla, hakimiyyət siyasi məhbus məsələsinə «xitam vermək» niyyətindədir.

Bəyanatda deyilir ki, Rauf Mirqədirovun həbsi və Leyla Yunusun hədəfə alınması çoxgedişli bir prosesdir: «Bu ilin mart ayının 3-də Xalq Cəbhəsi Partiyasının qərargahı partladıldıqdan sonra Milli Şuranın Koordinasiya Mərkəzinin toplantıları Leyla xanımın ofisində keçirilir. «Dövlət sirri» zəminində «vətənə xəyanət» eyhamlarının gündəliyə gəlməsi, heç şübhəsiz ki, Leyla xanımın Milli Şuradakı səmərəli fəaliyyəti ilə bağlıdır».

Milli Şura siyasi mülahizələrlə vətəndaşların təqib edilməsini, Rauf Mirqədirovun saxta ittihamlarla həbs edilməsini pisləyir, bunu cəmiyyətdə qorxu xofunun bərqərar edilməsinə, idarə olunan cəmiyyət yaradılmasına cəhd kimi qiymətləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG