Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:55
-
Aprelin 28-də saat 16.00-da L.və M. Rostropovich-lərin ev muzeyində dahi violonçelist Mstislav Rostropovich-in xatirəsinə həsr olunan musiqili gecə keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbirdə dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində yaradılan «Simfonietta» orkestrinin ifasında maraqlı konsert proqramı səslənəcək.

Maestronun həyat və yaradıcılığı haqqında toplaşanlara geniş məlumat veriləcək, onun bir insan və musiqiçi kimi göstərdiyi xidmətlərdən bəhs olunacaq.

Tədbirdə iştirak edən məşhur qonaqlar M.Rostropovich-lə bağlı xatirələrini bölüşəcək, Maestronun şəxsi əşyaları və fotoşəkillərindən hazırlanmış sərgi ilə tanış olacaqlar.

Mstislav Rostropovich 1927-ci il martın 27-də Bakıda doğulub.

II Dünya Müharibəsi illərində ailəsi ilə birgə əvvəlcə Orenburqa, daha sonra Moskvaya köçüb.

O, Moskva konservatoriyasında Dmitri Shostakovich, Sergei Prokofiev kimi dahi musiqiçilərdən dərs alıb.

Rostropovich hələ Sovetlər dönəmində təkcə virtuoz musiqiçi kimi yox, həm də azad fikirləri ilə tanınıb, məşhurlaşıb.

Sovetlərin qoyduğu qadağalara qarşı çıxdığına görə onu hətta sovet vətəndaşlığından məhrum ediblər.

Rostropovich bu üzdən 1974-cü ildə ABŞ-a mühacirət edib.

Böyük musiqiçi doğulduğu şəhəri—Bakını heç vaxt unutmayıb.

Həmişə Bakının görüşünə gəlib, yerli musiqiçilərlə dostluq edib.

M.Rostropovich 2007-ci il aprelin 27-də Moskvada vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG