Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:59

Poroshenko: «Rusiya Gürcüstanın, Moldovanın bir hissəsini tutub, ola bilsin, Estoniyanın da...»


Poroshenko Reutersə müsahibə verərkən

Poroshenko Reutersə müsahibə verərkən

-
ŞOKOLAD KRALI UKRAYNANIN YENİ PREZİDENTİ OLA BİLƏR

Ukraynada prezidentlik yarışında birinci gedən şokolad kralı Poroshenko deyir ki. prezident olsa, Qərbin məşhur universitetlərtini bitirmiş 500 ukraynalıya iş verəcək.
Rusiya şahmat hegemonluğunu niyə itirir? - Qərb mətbuatının icmalı

Rəy sorğularına görə, Ukraynada prezidentliyə ən real namizəd Petro Poroshenko Washington Post qəzetinə müsahibəsində “Putin bundan sonra nə edəcək?” sualına cavabında deyib: “Məncə, o, çox emosionaldır. O hazırda Gürcüstanın və Moldovanın bir hissəsini alıb, ola bilsin, Estoniyanın da. Əgər heç kim Putinin bundan sonra nə edəcəyini bilmirsə, biz bu təhlükədən sığortasız dünyada necə yaşaya bilərik?” .

“Putin Ukraynaya qoşun yeridəcəkmi? – sualına cavabında isə Poroshenko deyib: “Məncə, Rusiya qoşunlarının Ukrayna sərhəddini keçmək formasında müharibə olmaycaq. Bu, Rusiyaya təhlükə olardı. Ancaq Rusiyanın xüsusi xidmətləri Ukraynada vəziyyəti gərginləşdirəcək. Ekstremistləri və terorşuları dəstəkləməklə, silah verməklə, bəzi polisləri pulla ələ almaqla. Bu, mümkündür”.

“Prezident olsanız , sizin komandanızda kimlər olacaq?” – sualına isə Poroshenko belə cavab verib: “ Bu, insanları işə cəlb etməyin tamam yeni yolu olacaq. Ukraynada Yale, Harvard, Oksford universitetlərini bitirmiş 500 adam var”.


PUTİNİN RUSİYASI SÜLHƏ TƏHLÜKƏDİR

Wall Street Journal “Rusiya problemi” məqaləsində yazır ki, Putin Rusiyası Avropada sülhə və sabitliyə təhlükədir. Qərb buna cavab vermədikcə, Qərbin sonda ödəyəcəyi haqq bir o qədər çox olacaq. Rusiya son 10 ildə hərbi xərclərini 79 faiz artırıb. Rusiya yeni orta radioslu ballistik raketini düzəldir. Bu raket Qərbi Avropanı hədəfə götürə bilər. Bu da 1987-ci müqaviləsinin pozulmasıdır. Topol raketi

Topol raketi


Birinci Dünya müharibəsindən sonra Fransa və Britaniya 1920-ci illərin illüziyalarında yatdığı kimi, indi də Qərbi Avropa rəqibin sürətlə silhalanmağını gözdən qaçırır.

Qəzet “Bəs Qərb nə etməlidir?” – sualına cavab verərək yazır ki, sanksiyalar məsələsində də Qərb vahid cəbhə ilə çıxış etmir. Belə təəssürat yaranır ki. Putin və onun oliqarxları qısamüddətli cəzaya dözə bilərlər. İkincisi, Putinin ətrafındakılara qarşı sanksiyalar həmin adamların işinə aiddir. Rusiyanın maliyyə sisteminə qarşı sanskiyaların isə qat-qat güclü təsiri ola bilər.

UKRAYNADAKI RUSİYA VƏTƏNDAŞLARI KİMDİR?

Lavrov bildirir ki, Rusiya vətənfdaşları ziyan çəksə, Rusiya cavab verəcək. Ancaq Guardian yazır ki, Ukraynada rusdillilər Rusiya vətəndaşı deyillər. Onlar Ukrayna vətəndaşıdırlar. Ukraynada ikili vətəndaşlıq olmaz. Əgər doğrudan da Ukraynada Rusiya vətəndaşları varsa, onda onlar Rusiya əsgərləridir.

Qəzet Rusiyanın apardığı informasiya müharibəsində uyğunsuzluqlara və yalanlara toxunaraq yazır ki, Rusiyanın təbliğat müharibəsi Ukraynadakı yəhudilərə təhlükədir və ən çox yəhudilərə ziyan vura bilər. Rusiya yeni Kiyev hakimiyyətinin anti-semitizmindən nə qədər qışqırsa da Ukrayna yəhudiləri Ukraynanın müstəqilliyini istəyirlər. Baş nazirin müavini yəhudidir, Dnepropetrovsk vilayətinin qubernatoru İhor Kolomoisky yəhududir. O , İsveçrədə rahat həyatı buraxıb, Ukraynaya gəldi, Rusiya təhlükəsi vaxtı vilayət qubernatoru olmağa razı oldu.

Qəzet yazır ki, Ukrynadakı yəhudilər üçün müstəqillik milli məsələ deyil, ictimai məsələdir. Rusiya Ukraynanı işğal etsə, bundan yəhudilər ziyan görəcək, necə ki, Krım tatarları, romalar Rusiyanın Krımı ilhaqındən ziyan görürlər.

RUSİYANIN ŞAHMAT HEGEMOLUĞUNA SON QOYAN 3 SƏBƏB

Wall Street Journal yazır ki, Putin asanlıqla Krımı tuta bilər, ancaq Rusiyanın şahmatdakı hegemonluğunu qaytarmaqda acizdir. 2007-ci ildə dünya çempionu hindistanlı Anand oldu. O, 6 il çempion olandan sonra çempionluğu norveçli Carlsen aldı.

Qəzet yazır ki, bu ölkələrin şahmatda çempion olmağı, məsələn, monqolustanlının beysbolda birinci olmağına oxşayır.

Şahmatda Rusiyadan xeyli geri qalan, onun şahmat orbitində olmayan bu iki ölkə - Hindistan və Norveç necə olur ki, şahmat çempionları yetişdirir? Qəzet Rusiyanın şahmatda hegemonıuğu itirməsinə bir neçə səbəb göstərir.

Birinci səbəb internetdir.

Anandın özü yeniyetmə olanda Avropaya gəlmişdi və elə o vaxt şahmat oyunlarının ən yaxşı bazası olan ChessBase ilə tanış oldu. Bu baza minlərlə, on minlərlə tarixi və müasir oyuna və onun təhlilində özünü sınamağa imkan verir. Televiziya verilişində Dünya çempionu Carlsen Microsoft -un rəhbəri Bill Gateslə şahmat oynayır

Televiziya verilişində Dünya çempionu Carlsen Microsoft -un rəhbəri Bill Gateslə şahmat oynayır



İkinci səbəb yaxşı şahmatçıların Rusiyadan mühacirət etməsidir. Bunlardan ən məşhuru Kasparovdur. Kasparov indi ABŞ-da Şahmat Fondu yaradıb.

Putinin mübarizə apara bilməyəcəyi 3-cü səbəb isə Amerika işgüzarlığıdır. Sent Luisdə 10 il qabaq şahmat həvəskarı olan bir varlı iş adamı qərara gəldi ki, ABŞ –da şahmatı sürətlə inkişaf etdirsin. Səbəb də bu idi ki, onun fikrincə, şahmat uşaqların zehni inkişafına və xarakterinin formalaşmasına kömək edir.

Onun yaratdığı şahmat klubu 10 ildən sonra ABŞ-da ən böyük şahmat klubudur. Onun min üzvü var. May ayında 6-cı dəfə dalbadal ABŞ birinciliyi burda keçiriləcək. Bunun ardınca qadınlar və sonra da yeniyetmələr arasında ölkə birincilikləri keçiriləcək. Bu klubda məktəblilər üçün dərsdən sonra məşğul olmaq üçün şahmat üzrə 75 proqram hazırlanıb. Məktəblərdə 12 yaşlı şagirdlərə şahmat tədrisi proqramını da bu klub hazırlayıb.
XS
SM
MD
LG