Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:30
-
Macarıstan Qadın Biznes Liderləri Forumunun nümayəndələri 1-8 may tarixlərində Azərbaycanda səfərdə olacaq.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyindən veriblər.

Xəbərdə deyilir ki, Macarıstan Biznes Liderləri Forumunun tərkibinə daxil olan Qadın Biznes Liderləri Forumunun təsisçisi, Macarıstanın Böyük Britaniyadakı keçmiş səfiri xanım Borbola Çako və həmin qurumun icraçı direktoru xanım Adrianı Küncön başda olmaqla Forum nümayəndələri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, Konstitusiya məhkəməsində, İqtisadiyyat və Sənaye Nazirliyində, digər dövlət orqanları və ali təhsil ocaqlarında görüşlər keçirəcək.

Qonaqlar Azərbaycanın tarixi-mədəni abidələrinə ziyarət edəcək, Qəbələ, Şəki, Lahıc, Qobustan və Şamaxıya baş çəkəcəklər.

2005-ci ildə təsis edilmiş Qadın Biznes Liderləri Forumunun əsas məqsədi qadınlara biznes sahəsində və ictimai-sosial fəaliyyətlərində bərabər hüquqların təmin edilməsidir.

Forumda təmsil olunan Macarıstanın siyasi, biznes və qeyri-hökumət dairələrinin tanınmış xanım nümayəndələri bu günə kimi London, Brüssel, Vyana, Nyu-York, Vaşinqton, Təl-Əviv, Reykyavik və başqa şəhərlərdə səfərdə olub, hökumət nümayəndələri və qeyri-hökumət təşkilatları ilə səmərəli görüşlər keçirib.

Şərhləri göstər

XS
SM
MD
LG