Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:12

Donetsk yaxınlığında polis məntəqəsini silahlılar tutub


Silahlı qrupla.manın üzvü Ukraynanın Konstantinovka şəhərində. 28 aprel 2014

Silahlı qrupla.manın üzvü Ukraynanın Konstantinovka şəhərində. 28 aprel 2014

Aprelin 28-də bir qrup silahlı Donetsk regionunda Kostantinovkada polis məntəqəsini tutub. Bu barədə Ukrayna televiziyası məlumat yayıb.

Silahlıların binaya daxil olub iş prosesinə mane olduqları bildirilir. Hansısa tələb irəli sürməyiblər. Fotodan görünür ki, silahlı qruplaşma Konstantinovka şəhər icra hakmiyyətinin binasını nəzarətə alıblar

Fotodan görünür ki, silahlı qruplaşma Konstantinovka şəhər icra hakmiyyətinin binasını nəzarətə alıblar


Təsdiqlənməmiş məlumatlara görə, silahlılar şəhər mərkəzini də tutublar.

Hadisə ilə bağlı Ukrayna daxili işlər nazirliyi xəbər verir ki, 30-a yaxın silahlı adam Konstantinovka şəhərində (Donetsklə Kramatorsk arasında) polis şöbəsinə gəlib, binanı nəzarətə götürdüklərini bildiriblər. Lakin onların başçıları ilə polis şöbəsinin rəisi arasında gedən danışıqlardan sonra silahlı qruplaşma binanı tərk edib.

Xəbər verilir ki, Donetsk vilayəti daxili işlər idarəsinin Konstantinovka miliş şöbəsi adi qaydada fəaliyyətini davam etdirir.

Kostantinovkanın 100 minlik əhalisi var və Donetskdən 60 km məsafədə yerləşir.

Rusiyayönlü separatçılar Ukraynanın şərqində hökumət binalarını tutmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG