Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:21

Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu işə başlayıb


Aprelin 28-də Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılışında iştirak edib.

Prezident bildirib ki, keçmiş dövlət və hökumət başçılarının Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumuna qatılması bu tədbirin əhəmiyyətini göstərir:
«Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu da artıq nüfuzlu qurumlara çevrilib. Nizami Gəncəvi müdrikliyin rəmzi olub».

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı ilə, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə 57 ölkədən 200-dək nüfuzlu ictimai-siyasi xadim, rəsmi şəxs, ekspert və elm adamı iştirak edir.

Forumun gündəliyinə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqlar, mürəkkəb vəziyyətlərdə münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxildir.

II Qlobal Açıq Cəmiyyətlər Forumunun ilk toplantısı 2013-cü il mayın 6-8-də Bakıda keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG