Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:19

Makedoniyada hakim partiya seçkini udub


George Ivanov
George Ivanov
Makedoniyanın seçki komissiyası bildirir ki, hakim mühafizəkar partiya parlament seçkisini udub. Komissiya VMRO-DPMNE səslərin 42.27 faizini toplayıb. Səslərin 50 faizdən çoxu sayılıb. Bu yaxınlarda VMRO-DPMNE-dən Gjorge Ivanov 56 faiz səslə prezident postuna əyləşib.

Əsas müxalifət partiyası olan Sosial Demokratik partiya seçkinin nəticəsini tanımayacağını deyir, onun ədalətli və demokratik keçmədiyini bildirir. Bu partiya səslərin 23 faizini toplayıb. Namizədləri Stevo Pendarovski isə prezident seçkisində 38 faiz səs toplamışdı.

Seçici iştirakının 60 faiz olduğu bildirilir.
XS
SM
MD
LG