Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:45

Şeyxülislam ABŞ-da məruzə edəcək


Şeyxülislam Allahşükür Paşazadə
Şeyxülislam Allahşükür Paşazadə
Aprelin 29-30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da olacaq.

Qafqaz Müsəlmanları İdarəsi saytının məlumatına görə, nümayəndə heyəti ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış» mövzusunda keçirilən tədbirdə iştirak edəcək.

Azərbaycandakı dini konfessiya tədbirin «Dialoqun möhkəmləndirilməsi- tolerantlığın təşviq olunması» mövzusunda IV sessiyasında iştirak edəcək.

Sessiyanın panel iclasında A. Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.
XS
SM
MD
LG