Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:54

Obama Asiyaya səfərinin son günündə Filippinə gedib


Barack Obama
Barack Obama

ABŞ prezidenti Barack Obama Asiyaya səfəri çərçivəsində son dayanacağı ölkəyə - Filippinə gedir.

Onun paytaxt Manilada həmkarı Benigno Aquino ilə görüşəcəyi, mətbuat konfransı keçirəcəyi və nahara qatılacağı bildirilir.

Obamanın səfəri ərəfəsində ABŞ qoşun və gəmilərinin Filippin ərazisində hərəkətinə icazə verən yeni müdafiə razılaşması imzalanıb. Filippin hökuməti rəsmi Pekini Çin Dənizi ilə bağlı təcavüzkarlığını artırmaqda ittiham edir və ABŞ-dan daha böyük hərbi və diplomatik dəstək istəyir.

Asiya ölkələrində səfərdə olan Obama bir neçə dəfə Çinə işarə vuraraq xəbərdarlıq edib ki, kiçik dövlətlər böyüklər tərəfindən qorxudulmamalıdır.

Barack Obama Filippindən əvvəl Yaponiya, Cənubi Koreya və Malayziyada səfərdə olub, bu hökumətlərə dəstək olduqlarını nümayiş etdirib.
XS
SM
MD
LG