Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:10
«İki il ərzində biz həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik». Bunu ötən gün Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarının şərəfinə verilən ziyafətdə prezident İlham Əliyev deyib.

AzərTAc-ın məlumatına görə, dövlət başçısı gələn il Azərbaycanda ilk Avropa Oyunlarının keçiriləcəyini və ölkənin bu mötəbər idman tədbirinə xüsusi hazırlaşdığını qeyd edib: «Bu, böyük bir məsuliyyət və böyük çağırışdır, lakin eyni zamanda bu, ölkəmizi təqdim etmək üçün bir fürsətdir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək niyyətindədir.

Fürsətdən istifadə edərək hamınızı gələn il açılış mərasimində iştirak etmək üçün Bakı Olimpiya Stadionuna dəvət edirəm. 2016-cı ildə Dünya Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da bizim coğrafi yerləşməmizin, mədəniyyətimizin və bugünkü Azərbaycanın göstəricisidir. İki il ərzində biz həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Azərbaycan müsəlman ölkəsidir, lakin Avropa ilə güclü əlaqələri olan ölkədir. Bunun da tarixi XIX əsrə gedib çıxır və indi bu əlaqələr daha da güclüdür. Çünki bu əlaqələrin əsasını tərəfdaşlığımız təşkil edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG