Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41

Rusiya və Ukrayna milyonçuları Khodorkovsky və Akhmedov görüşürlər


Rinat Akhmetov, 2011

Rinat Akhmetov, 2011

-
Rusiyanin sabiq neft maqnatı Mikhail Khodorkovsky Donetskdə Ukrayna biznesmeni Rinat Akhmedov və vilayətin qubernatoru Sergei Taratuta ilə görüşüb. Görüşlərdən sonra o, jurnalistlərə bildirib ki, həm Akhmedov, həm də Taratuta birmənalı şəkildə Donbassı Ukraynanın tərkibində görürlər.

Khodorkovsky-nin sözlərinə görə, hər ikisi Ukraynda yaranmış vəziyyəti yaxşı başa düşürlər. “Onlar nəyi mümkün, nəyin mümkün olmadığını gözəl anlayırlar. Vətəndaş cəmiyyətinin dəstəyi olmadan onların sərbəst fəaliyyəti xeyli məhdudlaşır və hətta ümumiyyətlə mümkünsüz olur” – Deyə Khodorskovsky bildirir və əlavə edir ki, digər tərəfdən Kiyevdən gəlmiş xüsusi təyinatlı dəstələr də vəziyyətdən çıxış yolu ola bilməz.

Donetsk vilayət icra hakimyyətinin binasını zəbt edən separatçılar Donetskə səfər edən Khodorkovsky ilə görüşdən imtina ediblər

Ukrayna mətbuatı bir müddət Rinat Akhmedovu Donbasdakı separatçı çıxışların əsas təşkilatçılarında biri olduğunu yazırdı. Lakin hadisələrin gedişi göstərir ki, regionda böyük peşəkarlıqla fəallıq göstərən yaraqlı dəstələr başqa mərkəzdən idarə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG