Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:30

Ukraynanın şərqində Krım ssenarisi (27-28 aprel hadisılərinin xronikası)

- Ukraynanın Donbass regionunda təşəbbüs rusiyameylli silahlıların əlindədir. Aprelin 28-də daha bir şəhərdə (Konstantinovka) inzibati binaları tutan yaraqlılar mayın 11-də regionda referendum keçirmək əzmində olduqlarını deyirlər.

- Slavyanskda xarici müşahidəçiləri və Ukrayna hərbçilərini girov gptürənlərdən biri, özünü şəhər meri elan etmiş Ponomarevun müavini Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

- ABŞ və Avropa Birliyi Cenevrə razılaşmalarını pozan Rusiya rəsmilərinə və çirkətlərinə qarşı sansksiyalar elan edib.

- Xarkov meri Kernes-ə sui-qəsd olub. O, ağır vəziyyətdə reanimasiyadadır.

- Ukrayna Ali Radası yerli özünüidarə orqanlarının səlahiyyətlərinin artırılması ilə bağlı referendum məsələsini müzakirəe tməyə çağırır.

AzadlıqRadiosu hadisələri yaxından izləyərək bu bloqu daim yeniləyir. Məlumatlar xronoloji ardıcıllqla yerləşdirildiyindən ən son xəbərlər mətnin əvvəlindədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.
21:07 28.4.2014

Ukrayna parlamenti aprelin 29-da ölkədə mərkəzi hakimiyyətin səlahiyyətləri ilə bağlı referendum keçirilməsi məsələsini müzakirə edəcək. Moskvanın və Ukraynanın şərqində fəallıq edən rusiyameylli qüvvələrin tələblərindən biri də Ukraynanın federallaşdırılmasıdır. Lakin, rəsmi Kiyev yerli və mərkəzi hakim orqanlarının səlahiyyətlərinin müəyyənləşdirilməsini nəzərdə tutur.
19:16 28.4.2014

XARKOV MERİNƏ SNAYPER ATƏŞ AÇIB

Xarkovun sabiq qubernatoru Dobkin: Kernesə snayper atəş açıb
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Xarkovda şəhər merinin cərrahiyyə əməliyyatı başa çatıb. Cərrahlar qrupuna başcılıq edən həkim jurnalistlərə bildirib ki, Kernesin aldığı yaralar çox ağırdır. Onun həytaına təhlükə hələ də qalır. Cərrahın sözlərinə görə, əməliyyat başa çatıb, xəstə reanimasiya şöbəsindədir.
18:12 28.4.2014

ABŞ RUSİYAYA QARŞI SANKSİYALARINI ELAN EDİR


ABŞ Rusiya prezidenti ilə əlaqəsi olan 17 şırkət və Ruisya rəsmilərinə qarşı sanksiyalar elan edir. Sanskiyalara bank hesablarının dondurulması, lisenziya yasağı və ABŞ-a viza məhdudiyyətləri daxildir. Ətraflı burada oxu

Davamı

XS
SM
MD
LG