Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:11

Slovyansk meri ATƏT müşahidəçilərini «hərbi əsir» adlandırıb


Vyacheslav Ponomaryov

Vyacheslav Ponomaryov

-

«Biz əsir deyilik, biz Slovyansk merinin qonaqlarıyıq». Bunu aprelin 27-də Salavyanskda mətbuat konfransında Rusyayönlü separatçıların əsir götürdüyü ATƏT-in hərbi missiyasının rəhbəri polkovnik Axel Schneider deyib.

Polkovnik bir neçə gündür şəhər merinin əlində olduqlarını, saxlanma şəraitlərinin də nisbətən düzəldiyini bildirib:

«Əvvəlcə bizi zirzəmidə saxladılar. Dünən isə daha rahat otağa köçürüblər. Burada qızdırıcı sistemi və kondisioner var».

Bununla belə hərbiçilər hansı şərtlərlə və nə vaxt azad ediləcəklərini bilmirlər. ATƏT missiyasının rəhbəri azad olunmaları ilə bağlı Qərb diplomatlarının mer Ponomaryovla danışıqlar aparmalı olduğunu deyib.

«HƏRBİ ƏSİR»


Mətbuat konfransından bir neçə saat əvvəl isə özünü Slovyanskın meri elan edən Vyaçeslav Ponomaryov saxlanan ATƏT müşahidəçilərini «hərbi əsir» adlandırıb.

Ponomaryov aprelin 27-də bir qrup müxbirə müsahibəsində bildirib ki, «müharibə vəziyyətində olan şəhərimizdə bizim icazəmiz olmadan bulunan istənilən hərbi heyət müharibə məhbusu sayılır».

Dörd alman, bir isveçli, bir polyak, bir danimarkalı və bir çexdən ibarət ATƏT-in beynəlxalq müşahidə qrupu aprelin 25-də tutulub. Vyaçeslav Ponomaryov bir neçə dəfə deyib ki, onları Kiyevin ələ keçirdiyi ruspərəst silahlılara dəyişməyə hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG