Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:47

İlham Əliyev sabiq baş nazir və prezidentlərlə görüşüb


İlham Əliyev
İlham Əliyev
Prezident İlham Əliyev İsrailin keçmiş Baş naziri Ehud Barak-ı, Serbiyanın keçmiş prezidenti Boris Tadići, Xorvatiyanın keçmiş Prezidenti Stjepan Mesić-i və Estoniyanın keçmiş Prezidenti Arnold Rüütelini qəbul edib.

Aprelin 27-də ayrılıqda keçən görüşlərdə Azərbaycanla sadalanan ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, münasibətlərin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi vurğulanıb.

Həmçinin Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun regional və beynəlxalq əməkdaşlıqla bağlı əhəmiyyəti qeyd olunub.
XS
SM
MD
LG