Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:42

Ziya Bünyadov prospektindəki obyekt və yaşayış evlərinin köçürülməsinə 20 milyon manat vəsait xərclənib


«Bakının Ziya Bünyadov prospektindəki obyekt və yaşayış evlərinin köçürülməsinə 20 milyon manat vəsait xərclənib. Bu vəsaitin təxminən 20 %-i Prezidentin Ehtiyat Fondundan ayrılıb».

Bu barədə APA məlumat verir.

«Azəryolservis» ASC-nin sədr müavini Vaqif Hacıyevin deyir ki, ərazidə kompensasiyası ödənilməyən obyekt və ya yaşayış evi qalmayıb:

«Prospekt boyu 250-dən artıq yaşayış evi və qeyri-yaşayış obyekti köçürülüb. Yolun gec təhvil verilməsinə səbəb həm köçürülmə, həm də yetərincə böyük olan prospektdən qarmaqarışıq kommunikasiya xətlərinin keçməsidir. Təsəvvür edin ki, həmin yolda 110 min kilovatlıq işıq xətti dəyişdirilib, kilometrlərlə kanalizasiya xəttinin yeri dəyişdirilib və yenidən çəkilib ki, bu xətlərin təmirinə azı 50 il ehtiyac olmayacaq».

Ziya Bünyadov prospektinin bu ilin avqust ayına kimi təhvil veriləcəyini deyən V. Hacıyev bu yolun Bakının ən böyük yolu olacağını bildirib:

«Ziya Bünyadov prospekti şəhərin ən çox yüklənmiş prospektlərindəndir. Uzunluğu 9 kilometrdir, prospekt ümumilikdə 10 zolaqlı olacaq, 6 zolaq sürətli, 4 zolaq isə köməkçi yollar olacaq. İşlərin demək olar ki, 90 faizi görülüb, 2-3 aya bütün işlər tam yekunlaşacaq. Burda bir yeni körpünün tikilməsi, ikinci körpünün bərpası, 4 yeni qovşağın inşası nəzərdə tutulub».

«Azəryolservis» ASC-nın rəsmisi yollarda təmir-tikinti işlərinin günün intensiv vaxtında aparılmasına da münasibət bildirərək deyib ki, tikinti işləri əsasən gecələr aparılır: «İldə 4 fəsil var və bu fəsillərin hər birində yol çəkilişinin mümkün olmadığı günlər var. Bu səbəbdən də qurum çalışır ki, fürsət olan kimi tikinti işlərini davam etdirsin. Ona görə də vətəndaşlar bunu nəzərə almalıdır».
XS
SM
MD
LG