Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:43

Əfqanıstanda keçirilən prezident seçkilərində ilk turun nəticələrinə görə, sabiq xarici işlər naziri Abdullah Abdullah və sabiq maliyyə naziri Ashraf Ghani birinci və ikinci yerləri bölüşürlər.

Onlar seçkilərin ikinci mərhələsində iştirak edəcəklər.

Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədri Ahmad Yusuf Nuristani aprelin 26-sı Kabildə adı çəkilən şəxslərin topladığı səslərin sayını açıqlayıb. Abdullah səslərin 44,9%, Gani isə 31,5 %-ni toplayıb. Başqa namizəd, keçmiş xarici işlər naziri Zalmay Rasul isə seçicilərin 11,5%-nin s səsini yığıb.

İyunun 7-də keçiriləcək seçkilərin ikinci turunda Abdullah və Gani-nin üz-üzə gələcəyi gözlənilir. Birinci turun yekun nəticələri mayın ortalarında elan olunacaq.

Aprelin 5-də Əfqanıstanda prezident seçkiləri keçirilib. Prezidentlik uğrunda 8 namizəd mübarizə aparıb.

2001-ci ildən hakimiyyətdə olan indiki prezident Hamid Karzai namizədliyini irəli sürməyib.

Bir nəfərin üçüncü dəfə namizədliyini irəli sürməsinə ölkə konstitusiyası icazə vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG