Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:41
Əfqanıstanın cənubunda Qəndəhar əyalətində vertolyot qəzaya uğrayıb. NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) 5 əsgəri həlak olub. Bu barədə Britaniya müdafiə nazirliyi məlumat yayıb. Onların hamısı Britaniya əsgərləridir.

Birləşmiş Helikopter Komandanlığının komandiri Richard Felton qəzanın nasazlıq səbəbindən olduğunu deyir.

Qəndəhar polisinin sözçüsü Zia Durrani deyir ki, təyyarə Pakistan sərhədinin təxminən 50 km-də - Takhta Pul ərazisində enməyə başlayıb.

İSAF hadisənin baş vermə səbəblərinin araşdırıldığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG