Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:50

Türkiyədə qadağan edilmiş roman Azərbaycan dilində


-

“Qanun” Nəşriyyatı türk yazıçısı Enis Baturun qalmaqallı "Alma" romanını Azərbaycan dilində çap edib.

On il qabaq üz qabığındakı rəsmə görə Türkiyədə qadağan edilən, amma sonradan bəraət alan romanda çıxış nöqtəsi fransız rəssamı Gustave Courbet-in «Dünyanın başlandığı yer» əsəridir.

Türkcə ilk nəşrində kitabın üz qadığında da yer almış həmin rəsmdə qadın cinsiyyət orqanı təsvir edilir.

İlk dövrlərdə rəssamın bu əsəri Qərbdə "təsviri provakasiya" sayılsa da, 120 il əldən-ələ keçsə də, nəhayət sənət əsəri kimi muzeydə sərgilənməyə başlanıb.

Rəsmin isə Gustave Courbet-ə 1866-cı ildə türk diplomatı Xəlil bəy tətəfindən sifariş edildiyi deyilir. O bununla öz erotik rəsm kolleksiyasını zənginləşdirmək istəyirmiş...

Romanda təkcə Xəlil Şərif Paşa və Kourbet-dən bəhs edilmir, həm də yaradılışın alışılmayan bir təfsirindən danışılır.

Kitab Türkiyədə dəfələrlə təkrar nəşr olunub.

Tərcümə: Nizami Zöhrabi

Günün bütün mövzuları

XS
SM
MD
LG