Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:09

Bakı daxil olmaqla 19 şəhər Avro-2020-yə iddia edir


Cristiano Ronaldo
Cristiano Ronaldo
-
2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarını qəbul etmək üçün 19 şəhər sifariş kitabını təqdim edib.

Trend UEFA-nın rəsmi saytına istinadən məlumat verir ki, namizəd şəhərlər arasında Bakı (Azərbaycan), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Skopye (Makedoniya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Qüds, Roma (İtaliya), Amsterdam (Niderland), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardiff (Uels) var.

Yarımfinal və final oyunları «Uembli» (London) və «Alyans Arena» (Münhen) stadionlarında keçiriləcək.

Bundan əvvəl 32 ölkədən 39 şəhər namizədliyini irəli sürmüşdü.
XS
SM
MD
LG