Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:40

Polşada «Dirilərin marşı» olub


Osventsim həbs düşərgəsi
Osventsim həbs düşərgəsi
-
Aprelin 26-da Polşada Osventsim həbs düşərgəsində ölən məhbusların xatirəsinə həsr olunmuş ənənəvi «Dirilərin marşı» keçirilib.

Holokost qurbanlarını anma günü ilə bağlı yürüşdə dünyanın 50 ölkəsindən 10 mindən çox adamın iştirak etdiyi bildirilir.

«Dirilərin marşı» - birinci konslagerdən ikinciyə aparan «ölüm yolu» adlandırılan 3 kilometrlik yoldur. Builki marş Macarıstan yəhudilərinin xatirəsinə həsr olunub.

1944-cü ilin mayından iyun ayına qədər faşistlər Macarıstandan Polşaya 438 min yəhudi gətiriblər ki, onların da çoxu məhv edilib.

«Dirilərin marşı» – Holokost qurbanlarını anım gününün kulminasiyasıdır.
XS
SM
MD
LG