Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:39

Ramil Usubov 80 nəfərdən 24-ünü seçib


-
Daxili İşlər naziri Ramil Usubov Göyçayda növbəti qəbul keçirib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, aprelin 26-da keçirilən qəbulda ətraf 8 rayondan olan sakinlər iştirak ediblər.

Vətəndaşları qəbul edən nazir problemlərin həlli ilə bağlı idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin çox hissəsinin elə yerində həll olunduğu bildirilir.

Bundan başqa, nazir polisdə çalışmaq istəyən 80 nəfəri də qəbul edib. Ramil Usubov onların arasından daha hazırlıqlı 24 nəfəri seçərək sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib.
XS
SM
MD
LG