Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:39

İdman nazirinin dərdi, Mirqədirovun olmayan sirləri, Əli Həsənovun dialoqu... (Mətbuat icmalı)


Azad Rəhimov
Azad Rəhimov
-
GƏNCLƏRİN NAZİRİ «KÖHNƏ QVARDİYA»NIN HƏDƏFİNDƏ?

«Azad Rəhimov niyə hədəfə alınıb?». «Yeni Müsavat» qəzetinin adını çəkdiyi və niyə hədəfə alındığını öyrənməyə çalışdığı Azad Rəhimov Gənclər və İdman naziridir.

Qəzet yazır ki, indiyə qədər «kölgədə qalmağı sevən, adı qalmaqallarda hallanmayan» nazirin adı indi niyə medianın mərkəzindədir? Qəzet bu suala belə cavab verir:

«1 milyard manatlıq büdcə investisiyalarına nəzarət edən və nəhəng biznesə sahib olan Gənclər və İdman naziri «köhnə qvardiya» üçün arzuolunmaz şəxsə çevrilib».

«Yeni Müsavat» bunu «2006-cı ildə nazir təyin olunanların hakimiyyətdən təmizlənməsi» hesab edir.

«...BİR MƏMUR LAZIMDIR»
«Ermənilərə satdığı iddia olunan Azərbaycanın hərbi obyektlərinə aid olan «fotoşəkil və sxemləri» Mirqədirov haradan alırdı?».

«Ayna» qəzeti öz əməkdaşı Rauf Mirqədirova qarşı irəli sürülən ittihama toxunaraq belə sual verir:
Rauf Mirqədirov
Rauf Mirqədirov

«İstanbulda oturub özü çəkmirdi ki! İstintaq başa düşürmü ki, irəli sürdüyü bu ittihamın o biri ucu hara gedib çıxacaq? Axı burda təkcə QHT üzvləri və jurnalistlərlə məhdudlaşmaq olmayacaq. Çünki içi Mirqədirov qarışıq, onların heç birinin bu sirlərə birbaşa əli çatmır. Cibində dövlətin informasiya sandığının açarını gəzdirən bir məmur lazımdır-onsuz halda qapanmır...».

7 MİN MANAT KÜLLÜ MİQDARDIR, BƏS 1 MİLYON 200 MİN MANAT NƏDİR?

«Azadlıq» qəzeti Hesablama Palatasının illik hesabatını «cinayət dosyesi» adlandırır. Qəzet Palatanın 2013-cü il üzrə açıqladığı hesabatda milyonlarla manat korrupsiya hallarının yer aldığını yazır. Amma dövlət qurumlarının yol verdiyi korrupsiyaya görə bir məmurun da cəzalandırılmamasına diqqət çəkir:

«Gənclər və İdman Nazirliyi 2011-2015-ci illər üzrə dövlət proqramının icrası zamanı 1.2 milyon manat vəsaitin mənimsənildiyi məlum olub. Lakin buna görə şöbə müdirlərinə xəbərdarlıq etməklə kifayətləniblər».

Qəzet hüquqşünas rəyinə əsaslanaraq yazır ki, «məbləğ 7 min manatdan yuxarıdırsa, bu, külli miqdarda mənimsəmə hesab olunur».
Əli Həsənov
Əli Həsənov
Məsələni şərh edən hüquqşünas Müzəffər Baxışlı deyir ki, bu halda cinayət işi başlanmalı və həmin vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır.

ƏLİ HƏSƏNOV: «...GƏLƏCƏKDƏ BUNU EDƏCƏYİK»

«Biz YAP-ın partiyalararası əlaqələrini və dialoqunu təkcə parlamentdə təmsil olunan partiyalarla deyil, eyni zamanda parlamentdə təmsil olunmayan siyasi qurumlarla da qura bilərik və gələcəkdə bunu edəcəyik».

Bunu apa-ya müsahibəsində Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov deyib.

O, hakimiyyətin bu dialoqda ən maraqlı tərəf olduğunu deyib:

«Gələcəkdə biz komissiyanın iclasında ümummilli məsələləri də müzakirə edəcəyik və buna görə digər partiyaları da tədbirlərimizə dəvət etməyi düşünürük».

«GÜRCÜLƏRİN BİZƏ ƏRAZİ İDDİASI VAR, BİZİM İSƏ HEÇ BİR İDDİAMIZ YOXDUR»
«Gürcülər müəyyən sənəd və xəritələrə əsasən bizim bəzi ərazilərimizə iddia edirlər. Biz də müvafiq sənədləri ortaya qoyuruq ki, bura sizin yox, Azərbaycanın əraziləridir, SSRİ vaxtında da bu cür olub».
Qərib Məmmədov
Qərib Məmmədov

Bunu Trend-ə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib:

«SSRİ vaxtından növbətçi xəritə var və 70 il müddətində bu cür yaşamışıq. İndi müstəqil olandan sonra birdən-birə nə dəyişib ki? Heç nə dəyişməyib axı. Yəni onların iddia etdikləri ərazilər Azərbaycanın sərhədləri daxilində olan ərazilərdir. Bizim isə onlara qarşı heç bir ərazi iddiamız yoxdur».

DEPUTATIN XƏZƏR PROQNOZU

«Qərb Azərbaycan kimi ölkələri müdafiə etmədikcə, Rusiya bir az da güclənəcək».

Bunu «Bizim yol»a müsahibəsində deputat Zahid Oruc deyib. O hesab edir ki, Putin Xəzərdəki Qərb şirkətlərinə qarşı da hücuma keçə bilər.

«Putinin Xəzərdən Qərb şirkətlərini qovmağa çalışacağını gözləyin».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG