Azərbaycan tarixinin ən parlaq fiqurlarından olan Məhəmməd Əmin Rəsulzadənin siyasi portreti rusca çap edildi. (Bakı Kitab klubu)
Aydın Balayevin kitabı Rəsulzadənin həyatının siyasi arenada ilk addımlarından mühacirətdəki fəaliyyətinə, ağır şəraitdə Azərbaycanın müstəqilliyi uğrunda kompromissiz mübarizə illərinə qədər dövrü əhatə edir.
Araşdırmada son vaxtlar müxtəlif ölkələrin arxivlərindən əldə edilən sənədlər də istifadə edilib.
Həmin sənədlər Rəsulzadənin mühacirət illərində bütün Qafqaz xalqlarını təmsil edən mühacirlərin birliyinə nail olmaq yönündə səylərinə işıq tutur, o cümlədən onun Azərbaycandan və Qafqazın başqa bölgələrindən olan bəzi mühacir qrupları ilə münasibətlərinin elə də hamar olmadığı aydınlaşır.
Kitab M.Ə.Rəsulzadənən 130 illik yubileyi münasibəti ilə çap olunub.